Yunanıstanda mayın 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanır. Novator.az bildirir ki, rəsmi hesabata görə, hakim Yeni Demokratiya Partiyası 300 yerlik qanunverici orqanda 146 mandata sahib çıxır.
SİRİZA Partiyasının 71, PASOK-KİNAL Hərəkatının 41, Kommunist Partiyasının 26, Yunan Qərarı Hərəkatının 16 mandat götürdüyü xəbər verilir.
Hökumət qurmaq üçün 151 mandat gərəkdir.
2019-cu il iyulun 8-dən Yunanıstana Kiriakos Mitsotakis baş nazirlik edir.
1968-ci il təvəllüdlü Kiriakos Mitsotakis 2013-2015-ci illərdə inzibati islahatlar və elektron idarəçilik naziri postunu tutub. 2016-cı ildən Yeni Demokratiya Partiyasına liderlik edir.