Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına 8,4 milyard dollarlıq məhsul ixrac olunub. Novator.az bildirir ki, bunun 5,7 milyard dolları İtaliyanın payına düşüb.
Yunanıstana ixrac 579, İspaniyaya ixrac 534, Çexiyaya ixrac 323, Almaniyaya ixrac 315, Rumıniyaya ixrac 300 milyon dolları ötüb.
Qalan ölkələr üzrə göstəricilər belədir: Avstriya – 152,2 milyon dollar, İrlandiya – 149,9 milyon dollar, Fransa – 71,1 milyon dollar, Portuqaliya – 62,9 milyon dollar, Bolqarıstan – 61,4 milyon dollar, Xorvatiya – 55,3 milyon dollar, Belçika – 18,1 milyon dollar, Malta – 16 milyon dollar, Lüksemburq – 14,2 milyon dollar, Niderland – 11,1 milyon dollar, Polşa – 6,3 milyon dollar, Kipr – 5,5 milyon dollar, Latviya – 5 milyon dollar, Sloveniya – 3,3 milyon dollar, Estoniya – 2 milyon dollar, Macarıstan – 777,6 min dollar, İsveç – 672,6 min dollar, Litva – 549,2 min dollar, Finlandiya – 153 min dollar, Slovakiya – 51,9 min dollar, Danimarka – 7,7 min dollar.
Azərbaycanın əsas ticarət tərəfdaşları