• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Seçki Qurumu birinci tura nöqtə qoydu

  • 19 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Mayın 19-da Türkiyənin Ali Seçki Qurumu parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, qərara görə, Xalq ittifaqının namizədi, dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 49,52 faiz, Millət ittifaqının namizədi, parlament üzvü, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, Ata ittifaqının namizədi, müstəqil siyasətçi Sinan Oğan 5,17 faiz, liderlik etdiyi Məmləkət Partiyasının namizədi, mayın 11-də yarışdan çəkilmiş Məhərrəm İncə 0,43 faiz səs alıb, ilk iki namizəd ikinci tura çıxıb.

Qoşa seçki mayın 14-də keçirilib. Xaricdə yaşayan Türkiyə vətəndaşları üçün ilk turun səsverməsi aprelin 27-də başlayıb mayın 9-da (sərhəd məntəqələrində mayın 14-də) bitib.

İkinci tur mayın 28-nə təyin edilib. Xaricdəki vətəndaşlar üçün səsvermə mayın 20-də start götürüb mayın 24-də (sərhəd məntəqələrində mayın 28-də) sona çatır.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin üzvüdür.

Cümhuriyyət Xalq Partiyasına 2010-cu ildən sədrlik edir.

Parlament seçkisinin ilkin nəticələrinə görə, Xalq ittifaqından Ədalət və İnkişaf Partiyası 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 268 mandata (ittifaqa dəstək verən Demokratik Sol Partiya və Hür Dava Partiyası ilə birgə) sahib çıxır.

Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 yer götürür.

Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası 169 mandat (ittifaqdakı Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası, Səadət Partiyası, Demokrat Partiyası, eləcə də ittifaqa dəstək verən Türkiyə İslahat Partiyası ilə birgə), Yaxşı Partiya 43 mandat alır.

Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası 61 mandat (ittifaqdakı Xalqların Demokratik Partiyası və Əmək Partiyası ilə birgə), Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edir.

Türkiyə seçkilərinin ilkin nəticələri

Ərdoğana ilkin təbrik

İkinci tur havası

Türkiyə seçkilərinin əsas dərsi

Tamam və davam

Ərdoğanlı seçkilər

Türkiyə parlamentində qadın rekordu

Sinan Oğanın ikinci tur şərtləri

Türkiyə: yeni parlamentə 16 partiya düşür

Tehranda qiyamçı qəsəbəni uçururlar

  • 19 May 2023
  • comments

Konstitusiya Məhkəməsindən sığorta şərhi

  • 19 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda