Türkiyədə mayın 14-ü prezident seçkisi ilə birgə keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 16 partiya təmsil olunacaq.
Novator.az bildirir ki, Xalq ittifaqından hakim Ədalət və İnkişaf Partiyası (ittifaqa dəstək verən Demokratik Sol Partiya və Hür Dava Partiyası ilə birgə) 268 mandata sahib çıxır.
Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 yer götürür.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyasının 130, Yaxşı Partiyanın 44, Demokratiya və Sıçrayış Partiyasının 14, Gələcək və Səadət partiyalarının hərəyə 10, Demokrat Partiyasının 3 mandatı var.
İttifaqa dəstək verən Türkiyə İslahat Partiyası 1 mandat alır.
Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası (Xalqların Demokratik və Əmək partiyaları ilə birgə) 61, Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edir.
Türkiyə seçkilərinin ilkin nəticələri
Türkiyə seçkilərinin əsas dərsi