Fransa paytaxtı Parisin Apellyasiya Məhkəməsi mayın 17-də sabiq prezident Nikola Sarkozini 3 il müddətinə azadlıqdan məhrum edib. Siyasətçi korrupsiya və nüfuz alverində təqsirli bilinib. Cəzanın 2 ili şərti cəzadır.
Sabiq prezidentin vəkili Tyeri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziber də eyni cəza alıblar.
Novator.az bildirir ki, 1954-cü il təvəllüdlü Nikola Sarkozi Fransa prezidenti postunu 2007-2012-ci illərdə tutub.
2021-ci il martın 1-də Nikola Sarkozi korrupsiya ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin cəzanın da 2 ili şərti cəzadır.
2021-ci il sentyabrın 30-da Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2012-ci ilin prezident seçkisində Nikola Sarkozinin kampaniyası qanunsuz maliyyələşdirilib. Parisin Apellyasiya Məhkəməsinin 17 may 2023-cü il hökmündə qeyd olunur ki, sabiq prezident vəkili Tyeri Erzoq vasitəsilə Kassasiya Məhkəməsinin hakimi Jilber Aziberdən həmin cinayət işinin istintaqının gedişi ilə bağlı gizli bilgilər alıb.
Fransa qanunları 2 ildən az real həbs cəzası alan şəxsin cəzanı ev şəraitində çəkməsinə imkan verdiyi üçün Nikola Sarkozi tutulmayıb.
Mənbə: France24.com