Mayın 17-də məlumat yayan Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv edildiyini, onun müflisləşmə yolu ilə ləğvi üçün məhkəməyə müraciət olunduğunu açıqlayıb. 23 noyabr 1992-ci ildən fəaliyyət göstərən banka müvəqqəti inzibatçı təyin olunub.
Açıqlamaya görə, “Günay Bank”ın bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində 0,5 faizdir.
2023-cü ilin birinci rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat göstərilib.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manatdır (xarici valyutada 100 min manat ekvivalentində). Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitlərin maksimum 20 min manatı, notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitləri tam məbləğdə sığortalanır.
Novator.az bildirir ki, “Günay Bank”ın sıradan çıxması ilə Azərbaycanda bankların sayı 24-ə düşür:
“Accessbank”
“AFB Bank”
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Sənaye Bankı
“Azər-Türk Bank”
“Bank Avrasiya”
“Bank BTB”
“Bank of Baku”
“Bank Respublika”
“Bank VTB” (Azərbaycan)
“Expressbank”
“Xalq Bank”
“Kapital Bank”
Milli İran Bankının Bakı filialı
“Muğanbank”
“Naxçıvanbank”
“Paşa Bank”
“Premium Bank”
“Rabitəbank”
“Turanbank”
“Unibank”
“Yapı Kredi Bank Azərbaycan”
“Yelo Bank”
“Ziraat Bank Azərbaycan”.