Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü il martın 1-nə 1083 manata çatıb. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Başqa rəsmi açıqlamalara görə, yanvar-mart aylarında paytaxt sənayesində 15,9 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, 2023-cü ilin ilk rübünə nəzərən ticarət dövriyyəsinin həcmi 4 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 23,2 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 13,3 faiz artıb.