Energetika Nazirliyinin 17 may məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 77,87 dollara satılır. Novator.az bildirir ki, bu, ilin start qiymətindən 10,12 dollar aşağı qiymətdir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04 dollarla başlayıb.
Yanvar-aprel aylarında ölkədə 10,2 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel göstərilib.
Beynəlxalq razılaşma gündəlik hasilat həddini 684 min barrel müəyyən edib.