• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda Ermənistan əməliyyatı

  • 16 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin 16 may məlumatına görə, başqa ölkədə məskunlaşıb Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqları əsasında dövlətə xəyanətdə və Azərbaycanda terror-təxribat planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu tutularaq cinayət məsuliyyətinə cəlb edilib: “Rəşad Əhmədovun maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirdiyi üzə çıxıb. O, verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və başqa şəxslərlə birgə ölkədə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanallarında və başqa sosial şəbəkələrdə paylaşılıb.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində tərtib olunmuş, Azərbaycan ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritənin etnik separatizm məqsədilə Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil edib. O həmçinin Azərbaycan vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan ərazisində partlayış, yanğın və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində verilmiş digər tapşırıqları icra edib.

Əhmədov Rəşad Əhməd oğlu dövlətə xəyanət, terrorçuluğa hazırlıq və xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar, Əmirov Rövşən Musa oğlu dövlətə xəyanət və xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar ittihamları üzrə cinayət məsuliyyətinə cəlb ediliblər, barələrində həbs qətimkan tədbiri seçilib”.

Rusiya İrandan aldığı dronların 400-dən çoxunu işl...

  • 16 May 2023
  • comments

Müsəlman libasında rus təxribatı – “Bloomber...

  • 16 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Türkiyədə qiymətlər

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda