• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə seçkilərinin əsas dərsi

  • 15 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

AXCP sədri Əli Kərimli Türkiyədə mayın 14-də keçirilmiş parlament və prezident seçkilərini şərh edib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, seçkilər Türkiyədə hakimiyyətin mənbəyinin həqiqətən xalq olduğunu bir daha göstərdi: “Məhz xalq prezident seçkisini ikinci tura keçirmək qərarı verdi. İkinci turda prezidentlə ana müxalifətin lideri yenidən yarışmalı olacaq.

Dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ikinci tura mövqelərini gücləndirib gedir. Onun tərəfdarları Türkiyə parlamentində çoxluq qazanıb, həm də ilk turda prezident əsas rəqibini 4 faizdən çox qabaqlayıb. Ancaq türk milləti son qərarını 28 mayda verəcək.

Türkiyə seçkilərində ən önəmli olan hər kəsin millət iradəsinə hörmətlə yanaşmasıdır. Rəqabət aparan tərəflər etiraf etdilər ki, Türkiyə seçkilərində son qərarı verən xalqdır. Seçkilər saxtalaşdırılmayıb, elan edilən nəticə xalq iradəsinin ifadəsidir. Məncə, ən önəmli olan da budur.

Seçki kampaniyasının əvvəlindən deyirdik ki, ən mühüm olan qardaş ölkədə demokratiyanın, azad seçki institutunun möhkəmlənməsidir. Heç kim Türkiyə əhalisinin əvəzinə seçmək fikrinə düşməsin. Qərarı verən Türkiyə xalqıdır. Türkiyə daxilində də, xaricində də hər kəs Türkiyə xalqının seçiminə hörmətlə yanaşmalıdır”.

İlkin nəticələrə görə, 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə üç ittifaq mandat alır.

Xalq ittifaqından Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var) 266, Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5 mandat qazanır.

Millət ittifaqından Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var) 169, Yaxşı Partiya 44 mandat götürür.

Əmək və Azadlıq ittifaqından Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var) 62, Türkiyə Fəhlə Partiyası 4 mandat əldə edir.

Prezident seçkisində dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan (Xalq ittifaqının namizədi) 49,4 faiz, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu (Millət ittifaqının namizədi) 44,9 faiz səslə önə çıxırlar. Bu iki namizədin ikinci tura (28 may) adlaması gözlənir.

Qaqauz elində yeni lider

  • 15 May 2023
  • comments

Tamam və davam

  • 15 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda