Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunda (Qaqauz Yeri) başqan seçkisi bitib. Novator.az bildirir ki, mayın 14-də keçirilmiş ikinci turda 1986-cı il təvəllüdlü Yevgeniya Qutsul 27,3 mindən çox səslə qalib gəlib. Onun rəqibi Qriqori Uzun 25 minə yaxın səs toplayıb.
İlk turda (30 aprel) 8 namizəd yarışmışdı.
Başqanın səlahiyyət müddəti 4 ildir. 2015 və 2019-cu illərdə İrina Vlax başqan seçilib.
Türkdilli qaqauzların sıx yaşadığı əraziyə – Moldovanın cənubuna 23 dekabr 1994-cü ildə muxtariyyət statusu verilib. Bölgənin paytaxtı Komrat şəhəridir.
Qaqauz Yerində bolqarlar, moldavanlar, ruslar, ukraynalılar və başqa millətlər də yaşayır.