Bakı Araşdırmalar İnstitutu 1992-2022-ci illərin idxal göstəricilərinə nəzər salıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 1992-1993-cü illərdə Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib.
1994-cü ildə idxalda ən böyük tərəfdaş Türkmənistan, 1995-1998-ci illərdə Türkiyə, 1999-2000-ci illərdə Rusiya olub.
2001-ci ildə ABŞ, 2002-2011-ci illərdə Rusiya, 2012-ci ildə Türkiyə, 2013-2022-ci illərdə Rusiya öndə dayanıb.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Rusiyadan 796,2 milyon dollarlıq mal alıb. Qalan yaxın 4 tərəfdaş idxal dəyərinə görə belə sıralanıb: Çin – 589,1 milyon dollar, Türkiyə – 563,8 milyon dollar, Fransa – 221,9 milyon dollar, Almaniya – 201,6 milyon dollar.