• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərdoğana ilkin təbrik

  • 15 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev mayın 15-də türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng edib. Rəsmi məlumata görə, dövlət başçısı həmkarına prezident və parlament seçkilərinin ilkin nəticələri münasibətilə təbriklərini çatdırıb. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında münasibətlərə də toxunublar.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçirilib. Novator.az bildirir ki, ilkin nəticələrə əsasən, prezident seçkisində dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan (Xalq ittifaqının namizədi) 49,35 faiz, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu (Millət ittifaqının namizədi) 45 faiz, müstəqil siyasətçi Sinan Oğan (Ata ittifaqının namizədi) 5,22 faiz, Məhərrəm İncə (lideri olduğu Məmləkət Partiyasının namizədi) 0,43 faiz səs toplayır (Mayın 11-də namizədliyini geri götürsə də, Məhərrəm İncənin adı seçki bülletenində saxlanıb və ona verilən səslər etibarlı sayılaraq hesablanır).

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Parlament seçkisində Xalq ittifaqı önə çıxır (321 mandat).

Bu ittifaqda Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası birləşib.

Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var) ilə Yaxşı Partiyanı birləşdirən Millət ittifaqı ikinci yerdə göstərilir (213 mandat).

Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var) ilə Türkiyə Fəhlə Partiyasının yer aldığı Əmək və Azadlıq ittifaqının üçüncü yerdə olduğu xəbər verilir (66 mandat).

600 nəfərlik parlamentə Ədalət və İnkişaf Partiyası 266, Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Cümhuriyyət Xalq Partiyası 169, Yaxşı Partiya 44, Yaşıllar və Sol Gələcək Partiyası 62, Türkiyə Fəhlə Partiyası 4 mandatla düşür.

Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

98 aktiv xəstə var

  • 15 May 2023
  • comments

Beşlikdə üç sual

  • 15 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda