• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə seçkilərinin ilkin nəticələri

  • 14 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyədə mayın 14-də keçirilmiş qoşa seçkinin ilkin nəticələri açıqlanır. Novator.az bildirir ki, prezident seçkisində dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan (Xalq ittifaqının namizədi) 49,3 faiz, millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu (Millət ittifaqının namizədi) 45 faiz, müstəqil siyasətçi Sinan Oğan (Ata ittifaqının namizədi) 5,2 faiz, Məhərrəm İncə (lideri olduğu Məmləkət Partiyasının namizədi) 1 faizdən az səs toplayır (Mayın 11-də namizədliyini geri götürsə də, Məhərrəm İncənin adı seçki bülletenində saxlanıb və ona verilən səslər etibarlı sayılaraq hesablanır).

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Hesabata görə, parlament seçkisində Xalq ittifaqı önə çıxır.

Bu ittifaqda Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası birləşib.

Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var) ilə Yaxşı Partiyanı birləşdirən Millət ittifaqı ikinci yerdə göstərilir.

Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var) ilə Türkiyə Fəhlə Partiyasının yer aldığı Əmək və Azadlıq ittifaqının üçüncü yerdə olduğu xəbər verilir.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Hələlik Ədalət və İnkişaf Partiyası 266, Milliyyətçi Hərəkat Partiyası 51, Yenidən Rifah Partiyası 5, Cümhuriyyət Xalq Partiyası 168, Yaxşı Partiya 44, Yaşıllar və Sol Gələcək Partiyası 62, Türkiyə Fəhlə Partiyası 4 mandat götürür.

Brüssel görüşləri

  • 14 May 2023
  • comments

98 aktiv xəstə var

  • 15 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda