Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranıb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun mövqeləri mayın 10-u axşam Ermənistanın Zod kəndi istiqamətindən intensiv atəşə tutulub, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Azərbaycan Ordusunun həmin mövqelərinin mayın 11-i səhər minaatanlardan və iriçaplı silahlardan atəşə tutulduğu, qətiyyətli cavab tədbirləri görüldüyü xəbər verilir.
Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirdiyi vurğulanır.