• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhərrəm İncə prezident seçkisindən çəkildi

  • 11 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Məmləkət Partiyasının lideri Məhərrəm İncə Türkiyədə prezident seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, mayın 11-də jurnalistlərə açıqlama verən siyasətçi qərarını mediada və sosial şəbəkələrdə aramsız şantaja məruz qalması ilə əsaslandırıb.

Prezident seçkisi mayın 14-ü parlament seçkisi ilə birgə keçiriləcək.

Məhərrəm İncəni prezidentliyə öz partiyası namizəd göstərmişdi.

1964-cü ildə doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb.

1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlament üzvü seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub.

Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.

Türkiyənin Ali Seçki Qurumu prezidentliyə daha üç namizədi qeydə alıb: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

Namizədliyini geri götürsə də, Məhərrəm İncənin adı seçki bülletenində saxlanacaq və ona verilən səslər etibarlı sayılaraq hesablanacaq.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası parlament seçkisinə təkbaşına qoşulub.

Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası bir araya gəlib.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Ali Seçki Qurumu 151 müstəqil namizədi də qeydə alıb.

Qoşa seçki təyin olundu

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

Namizədlik təqvimi

Türkiyə seçki marafonunda

Türkiyə prezidentliyinə namizədlər

31 mart və 19 aprel hədləri

Türkiyə: dördlüyün yolu açıldı

Qoşa seçkinin ittifaqları

Seçki yarışında hansı qurumlar var?

Qoşa seçkinin iştirakçıları

Seçki yarışında yeni ələnmə

Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)

Türkiyə: bir partiya seçkidən çəkildi

Namizədlik: 24 partiya qalır

Prezident seçkisinin bülleteni

Türkiyə: neçə nəfər səs verə bilər?

Türkiyə parlamentinə rəsmi iddiaçılar

Türkiyə: partiyaların namizəd dairəsi

Xaricdəki Türkiyə nə vaxt səs verir?

Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycan Ərdoğanı seçir

Qoşa seçki: sorğular nə göstərir?

Türkiyə seçkilərinin bir mərhələsi də bitdi

Avropa Məhkəməsinin Azərbaycan cərimələri

  • 11 May 2023
  • comments

İki nazirliyin saytı qapadıldı

  • 11 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda