• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə seçkilərinin bir mərhələsi də bitdi

  • 10 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyədə parlament və prezident seçkilərinin daha bir mərhələsi bitib. Novator.az bildirir ki, Ali Seçki Qurumunun hesabatına görə, xaricdə yaşayan Türkiyə vətəndaşları üçün aprelin 27-dən mayın 9-dək keçirilmiş səsverməyə 1 milyon 817 min 10 nəfər qatılıb.

Sərhəd məntəqələrində səsvermə əsas seçki günü – mayın 14-də bitəcək.

Seçkilərdə 64,1 milyon nəfərin səsvermə hüququ var, onların 3,4 milyon nəfəri xaricdədir. Prezident seçkisi ikinci tura (28 may) qaldığı halda xaricdəki seçicilər 20-24 mayda səs verəcək.

Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası parlament seçkisinə təkbaşına qoşulub.

Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası bir araya gəlib.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Ali Seçki Qurumu 151 müstəqil namizədi də qeydə alıb.

Prezidentliyə dörd iddiaçı var: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır.

Qoşa seçki təyin olundu

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

Namizədlik təqvimi

Türkiyə seçki marafonunda

Türkiyə prezidentliyinə namizədlər

31 mart və 19 aprel hədləri

Türkiyə: dördlüyün yolu açıldı

Qoşa seçkinin ittifaqları

Seçki yarışında hansı qurumlar var?

Qoşa seçkinin iştirakçıları

Seçki yarışında yeni ələnmə

Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)

Türkiyə: bir partiya seçkidən çəkildi

Namizədlik: 24 partiya qalır

Prezident seçkisinin bülleteni

Türkiyə: neçə nəfər səs verə bilər?

Türkiyə parlamentinə rəsmi iddiaçılar

Türkiyə: partiyaların namizəd dairəsi

Xaricdəki Türkiyə nə vaxt səs verir?

Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycan Ərdoğanı seçir

Qoşa seçki: sorğular nə göstərir?

Şuşadan müraciət

  • 10 May 2023
  • comments

Bir il ötsə də…

  • 10 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Xəbər

İlk sədd aşıldı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda