• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya 2023”: ilk yarımfinalı kimlər keçdi?

  • 10 May 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Böyük Britaniyanın Liverpul şəhərinin ev sahibliyi etdiyi “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində ilk yarımfinal arxada qalıb. Novator.az-ın məlumatına görə, mayın 9-da bu iştirakçılar finala adlayıb:

Xorvatiya – “Let 3” qrupu

Moldova – Pavel Parfeni

İsveçrə – Remo Forrer

Finlandiya – Yere Pöyhönen

Çexiya – “Vesna” qrupu

İsrail – Noa Kirel

Portuqaliya – Marisa Mena

İsveç – Lorin (Zeynəb Nora Təlhavi)

Serbiya – Luka İvanoviç

Norveç – Alessandra Mele və “Queen of Kings” qrupu.

Azərbaycan təmsil edən əkiz qardaşlar – Tural və Turan Bağmanovlar ələnib.

İkinci yarımfinal mayın 11-nə təyin olunub:

Danimarka – Rani Petersen

Ermənistan – Elen Yeremyan

Rumıniya – Teodor Andrei

Estoniya – Alika Milova

Belçika – Stef Kaers

Kipr – Endrü Lambrou

İslandiya – Dilya Petursdottir

Yunanıstan – Viktor Vernikos

Polşa – Blanka Staykov

Sloveniya – “Joker Out” qrupu

Gürcüstan – İrina Xeçanova

San Marino – “Piqued Jacks” qrupu

Avstriya – Teodora Spiriç və Selina-Maria Edbauer

Albaniya – Albina Kelmendi və ailəsi

Litva – Monika Linkite

Avstraliya – “Voyager” qrupu.

Almaniya (“Lord of the Lost” qrupu), Böyük Britaniya (Mey Müller), Fransa (Fatimə Zəhra Hafdi), İspaniya (Blanka Paloma), İtaliya (Marko Menqoni), Ukrayna (Andrey Qusulyak və Ceffri Kenni) finala (13 may) birbaşa vəsiqə alıblar.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.

Azərbaycan 2023-cü ilədək qatıldığı 14 yarışın 13-də finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Şuşada açılışlar

  • 09 May 2023
  • comments

Avtomobil təhlükəsizliyi: qadını nəzərə almırlar &...

  • 10 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Gənclər
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda