• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşa səfəri

  • 08 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev mayın 8-də Şuşaya səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olub, Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak edib.

Arayışa görə, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb: “Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni 21,5 metrdir. Yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır”.

Başqa bir arayışa əsasən, Şuşa şəhəri işğaldan azad edildikdən sonra şəhərin içməli su təminatının bərpasına başlanıb: “Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda Şuşa şəhərinin digər mənbəyi – Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və yeni kəmər inşa edilib, eyni zamanda Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi yeni borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib”.

Əsası 18-ci əsrdə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Yuxarı Qarabağda rayon mərkəzi olub.

1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.

2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.

Şuşa rayonunun 1 qəsəbəsi, 37 kəndi var. 2020-ci ilin noyabr ayında Daşaltı kəndi, 2023-cü ilin martında Allahqulular və Zamanpəyəsi kəndləri nəzarətə götürülüb.

Yoldan uduş

  • 08 May 2023
  • comments

Özbəkistan növbədənkənar prezident seçkisinə gedir

  • 08 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Bölgə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda