Mərkəzi Bankın İdarə Heyəti mayın 3-də uçot dərəcəsini 9 faizə qaldırıb.
Fevralın 1-dən uçot dərəcəsi 8,5 faiz, martın 29-dan 8,75 faiz müəyyən edilmişdi.
Növbəti qərarlar bu tarixlərdə veriləcək: 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabr.
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir.
Novator.az bildirir ki, 2021-ci ildə uçot dərəcəsi 6,25 faizdən 7,25 faizə, 2022-ci ildə 7,25 faizdən 8,25 faizə yüksəlmişdi.