Milli futbol çempionatının yüksək dəstəsində 2022-2023 mövsümünün bitməsinə dörd tur qalır. Novator.az bildirir ki, “Qarabağ” 81, “Sabah” 74 xalla ikinci, “Neftçi” 61 xalla üçüncü yeri təmin edib.
“Qəbələ” 48, “Zirə” 42, “Turan Tovuz” 32, “Kəpəz” 29, “Sumqayıt” 28, “Şamaxı” 23, “Səbail” 22 xal yığıb.
Reqlamentə görə, iki və daha artıq komandanın topladığı xallar bərabər olarsa, qalib bu göstəricilər əsasında müəyyən edilir: komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); mövsüm ərzində ən çox qələbə qazanmış komanda; bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi; bütün görüşlərdə vurulmuş topların sayı; ən az qayda pozuntuları (sarı və qırmızı vərəqələr).
Bütün göstəricilər eyni olsa, püşk atılır.
1992-ci ildən başlayaraq Azərbaycan milli çempionatında 8 komanda qızıl medallara sahib çıxıb: “Neftçi” və “Qarabağ” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.