Rəsmi proqnoza görə, mayda Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olması gözlənir.
Bölgələr üzrə orta aylıq hava proqnozu belədir:
Bakı və Abşeron yarımadası – 18-20 dərəcə isti, bəzi gündüzlər 28-33 dərəcə isti;
Naxçıvan Muxtar Respublikası – 16-20 dərəcə isti, bəzi gündüzlər 29-34 dərəcə isti;
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy – 13-16 dərəcə isti, bəzi gündüzlər 21-26 dərəcə isti;
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli – 18-21 dərəcə isti, bəzi gündüzlər 28-33 dərəcə isti;
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 15-19 dərəcə isti, bəzi gündüzlər 26-31 dərəcə isti;
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 19-23 dərəcə isti, bəzi gündüzlər 30-35 dərəcə isti;
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 16-20 dərəcə isti, bəzi gündüzlər 28-32 dərəcə isti.