Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilin yanvar-mart aylarında mehmanxana və bu tipli obyektlərdə gecələmə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artıb. Hesabata görə, gecələmələrin 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, qalanı başqa şəhər və rayonlarda qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayında artım 79,7 faiz göstərilir.
İlk rübdə mehmanxana və bu tipli obyektlərin gəlirləri 42,8 faiz artımla 85,2 milyon manat olub.