• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xəbərdarlıq, ya töhmət?

  • 26 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Milli Məclisin deputatı Vahid Əhmədov intizam məsuliyyətinə cəlb olunur. Parlament rəhbərliyi və həmkarları onu bloqçu Mehman Hüseynova verdiyi müsahibəyə görə qınayır. Bloqçunun “Mənə həqiqətən də xalqın seçdiyi və millətin vəkilliyini edən üç deputat adı deyə bilərsinizmi” sualına cavabında Vahid Əhmədov Əli Məsimli və Qənirə Paşayevanın adlarını çəkib, həmçinin öz adını vurğulayıb. Bir çox deputat bunu Milli Məclisin fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirir. Parlamentin 25 aprel iclasında Milli Məclisin sədri Sahibə Qafarova məsələni İntizam Komissiyasında araşdırmaq göstərişi verib.

Novator.az bildirir ki, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna görə, deputat Milli Məclisin nüfuzuna xələl gətirə biləcək davranışa yol verməməlidir. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Milli Məclisin İntizam Komissiyası həyata keçirir.

Milli Məclisin daxili nizamnaməsinə əsasən, İntizam Komissiyası 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Hazırda quruma Eldar İbrahimov sədrlik edir.

Deputat etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla) parlamentdaxili məsuliyyətə cəlb olunur. Tətbiq edilən intizam tədbirləri belə sıralanır: xəbərdarlıq; söz kəsmə; iclas salonundan çıxarma; töhmət; deputat səlahiyyətlərinin itirilməsi.

İndiki halda Vahid Əhmədova xəbərdarlıq edilməsi və ya töhmət verilməsi mümkün görünür.

AXCP sədri Əli Kərimli yazır ki, Vahid Əhmədovun bloqçu Mehman Hüseynova müsahibəsində hakimiyyəti yüngülcə tənqid etdiyinə görə hücumlara məruz qalması utanmalı faktdır: “Nə edib Vahid Əhmədov? Hansı sözü yalandır? Hansı hüquqi və etik normaları pozub ki, onun müsahibəsi Milli Məclisdə müzakirə olunur?

Vahid Əhmədov bəzi həqiqətləri dilə gətirib tənqidlər səsləndirsə də, əslində hakimiyyəti müdafiə edib. Ancaq balta ilə işləməyə alışıblar, Vahid bəyin iqtidara səviyyəli, incə dəstəyini anlamayıblar.

Korrekt və yüngül tənqidə görə Vahid Əhmədovun məsələsinin Milli Məclisin İntizam Komissiyasına çıxarılması ölkəmizi bütün dünyada rüsvay edəcək. Prinsipial müxalifətin parlamentə buraxılmadığı ölkədə iqtidarı müdafiə edən bitərəf millət vəkili yüngülcə tənqidinə görə parlamentin İntizam Komissiyası qarşısına çıxarılırsa, bu, hər şeyə total nəzarətin, totalitarizmin bərqərar edilməsinə başlanmasından xəbər verir”.

Vahid Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunda doğulub. Azərbaycan Politexnik İnstitutunu və Bonn Menecment İnstitutunu bitirib. Texnika doktorudur.

Paytaxtın Maşınqayırma, Radio, Dəzgahqayırma zavodlarında məsul vəzifələr tutub, “Bakı fəhləsi”, Keşlə Maşınqayırma zavodlarının direktoru, “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru, baş nazirin müavini, birinci müavini olub. 1990-cı ildə Ali Sovetin, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.

Parlamentdə 52 saylı Quba seçki dairəsini təmsil edir.

“Şöhrət” ordeni laureatı, əməkdar mühəndisdir.

İlk dəfə: uyğur qadın parlamentə mandat alıb

  • 26 Aprel 2023
  • comments

Dünya yaxşı işçi qıtlığı çəkir

  • 26 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda