Aprelin 20-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətini iyunun 28-dək uzadıb. Xəbəri “Turan” yayıb.
Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasında saxlanır. Xətai Rayon Məhkəməsi 2022-ci il dekabrın 9-da onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş, 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək, fevralın 23-də aprelin 28-dək uzatmışdı.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edib, səhhəti ağırlaşdığına görə fevralın 10-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, fevralın 28-də aksiyanı dayandırıb, martın 7-də geri qaytarılıb.
Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə ittiham irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamı rədd edir, siyasi təzyiqə məruz qaldığını deyir.
221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
ABŞ səfirliyinin Bəxtiyar narahatlığı
Bəxtiyar sistem qəbulundan imtina etdi
“Bəxtiyar Hacıyevi itirə bilərik”
Bəxtiyar quru aclığa keçmək istəyib
Bəxtiyar Hacıyev: yeni ünvan, yenə aclıq
Bəxtiyar Hacıyev quru aclığa keçdi
Vəkil: “Bəxtiyarın həyatı təhlükədədir”
Bəxtiyar qərarı yenə dəyişmədi
Bəxtiyar quru aclığı dayandırdı
Bəxtiyara baş çəkən vəkil nə deyir?
Bəxtiyara müraciət, Bəxtiyar müraciəti