• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə: partiyaların namizəd dairəsi

  • 20 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Türkiyədə mayın 14-nə təyin olunmuş parlament və prezident seçkiləri 87 dairəni əhatə edir. Novator.az bildirir ki, parlamentə iddialı Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Sol Partiya, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Yenidən Rifah Partiyası seçki dairələrinin hər birindən namizəd verib.

Cümhuriyyət Xalq Partiyası 80, Yaxşı Partiya 78, Zəfər Partiyası 75, Yenilik Partiyası 74, Gənc Partiya 72 dairədə yarışır.

Ədalət Partiyasının 67, Ana Vətən Partiyasının 63, Güc Birliyi Partiyasının 59, Türkiyə Fəhlə Partiyasının 54, Milli Yol Partiyasının 49, Ədalət-Birlik Partiyasının 47 dairədə namizədi var.

Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası seçkiyə təkbaşına qoşulub.

Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası bir araya gəlib.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Ali Seçki Qurumu 151 müstəqil namizədi də qeydə alıb.

Prezidentliyə dörd iddiaçı var: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Qoşa seçki təyin olundu

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

Namizədlik təqvimi

Türkiyə seçki marafonunda

Türkiyə prezidentliyinə namizədlər

31 mart və 19 aprel hədləri

Türkiyə: dördlüyün yolu açıldı

Qoşa seçkinin ittifaqları

Seçki yarışında hansı qurumlar var?

Qoşa seçkinin iştirakçıları

Seçki yarışında yeni ələnmə

Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)

Türkiyə: bir partiya seçkidən çəkildi

Namizədlik: 24 partiya qalır

Prezident seçkisinin bülleteni

Türkiyə: neçə nəfər səs verə bilər?

Türkiyə parlamentinə rəsmi iddiaçılar

Turizmin üç ayı

  • 20 Aprel 2023
  • comments

Yeni siyasi məhbus siyahısı yayılıb

  • 20 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda