Novator.az yaxın ölkələrin milli valyutalarının rəsmi məzənnələrinə nəzər salıb.
Mərkəzi Bank aprelin 20-də Gürcüstan larisini 0,6759, Rusiya rublunu 0,0208, Türkiyə lirəsini 0,0876 manata satır.
100 İran rialına 0,0040 manat qiymət qoyulub.
Türkmənistan manatı banklara 0,4857, Qazaxıstan təngəsi 0,0037, Qırğızıstan somu 0,0194, Tacikistan somonisi 0,1560 manata təklif olunur.
100 Özbəkistan somunun kursu 0,0149 manatdır.
Belarus rublu 0,6735, Moldova leyi 0,0944, Ukrayna qrivnası 0,0460 manata dəyişdirilir.
Estoniya, Latviya və Litvada işlədilən avronun rəsmi qiyməti 1,8634 manatdır.
1 ABŞ dolları (1,7 manat) 387,66 Ermənistan dramına bərabərdir.