• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Böyük əfvin müzakirəsi bitir

  • 19 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mayın 10-u mərhum prezident Heydər Əliyevin 100 illik yubileyidir.

1923-cü ildə doğulan Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri olub, 1993-cü il iyunun 15-dən Azərbaycan parlamentinin sədri postunu tutub, iyunun 24-dən dövlət başçısı səlahiyyətlərini həyata keçirib, 1993 və 1998-ci illərdə rezident seçilib, 2003-cü il dekabrın 12-də vəfat edib.

Yubiley ərəfəsində böyük əfv gözlənir. Novator.az-ın əldə etdiyi məlumata görə, Əfv Məsələləri Komissiyası may əfvi üzrə müzakirələri başa vurmaq üzrədir. İndiyədək keçirilmiş 12 iclasın hər birində orta hesabla 100 müraciətə baxıldığı, daha 3 iclasın olacağı bildirilir.

Əfvetmə qərarı prezident sərəncamı ilə rəsmiləşir. Məhkumun cəzasının qalan hissəsindən azad edilməsi; cəza müddətinin azaldılması; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi mümkündür. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra prezidentə təqdim olunur.

Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. Üzvlər bu şəxslərdir: Fuad Ələsgərov, Gündüz Kərimov (Prezident Administrasiyasının şöbə müdirləri), Fikrət Məmmədov (ədliyyə naziri), Vilayət Eyvazov (daxili işlər naziri), Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Allahşükür Paşazadə (şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına Liseyin direktoru).

Məhkəmə-Hüquq Şurasının üzvləri

  • 19 Aprel 2023
  • comments

Bank statistikası açıqlanıb

  • 19 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda