2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 57,6 milyon dollarlıq məhsul göndərilib. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, başqa yaxın ölkələrə ixrac belə rəsmiləşib:
Rusiya – 260,9 milyon dollar
Gürcüstan – 250,6 milyon dollar
Qazaxıstan – 29 milyon dollar
Ukrayna – 25,8 milyon dollar
Türkmənistan – 21,8 milyon dollar
Özbəkistan – 11 milyon dollar
Belarus – 7,7 milyon dollar
İran – 5,6 milyon dollar
Latviya – 4,6 milyon dollar
Qırğızıstan – 4,2 milyon dollar
Tacikistan – 1 milyon dollar
Estoniya – 834,2 min dollar
Moldova – 716,8 min dollar
Litva – 398,5 min dollar.
Üç ayda Azərbaycan Rusiyadan 796,2 milyon dollarlıq mal alıb. Qalan yaxın ölkələr idxal dəyərinə görə belə sıralanıb:
Türkiyə – 563,8 milyon dollar
Türkmənistan – 190 milyon dollar
İran – 129 milyon dollar
Qazaxıstan – 102,1 milyon dollar
Belarus – 72,4 milyon dollar
Ukrayna – 59,7 milyon dollar
Özbəkistan – 32 milyon dollar
Gürcüstan – 22,5 milyon dollar
Litva – 6,4 milyon dollar
Latviya – 4,9 milyon dollar
Qırğızıstan – 1,7 milyon dollar
Estoniya – 1,5 milyon dollar
Moldova – 1,4 milyon dollar
Tacikistan – 4,6 min dollar.