• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada jurnalistə 25 il həbs cəzası kəsildi

  • 17 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Moskva Şəhər Məhkəməsi aprelin 17-də jurnalist və siyasətçi Vladimir Kara-Murzaya 25 il azadlıqdan məhrumetmə cəzası kəsib. Novator.az-ın məlumatına görə, o, dövlətə xəyanətdə, Rusiya Silahlı Qüvvələri barədə qəsdən yalan məlumat yaymaqda və ölkədə fəaliyyəti arzuolunmaz sayılmış xarici qeyri-hökumət təşkilatı ilə əməkdaşlıqda təqsirli bilinib. Hökm Vladimir Kara-Murzanın 400 min rubl cərimələnməsini, jurnalist fəaliyyətinə 7 illik qadağanı da nəzərdə tutur.

1981-ci il təvəllüdlü Vladimir Kara-Murza bir çox yerli və xarici media quruluşunda Rusiya hakimiyyətinə qarşı kəskin yazıları və müxalif təşkilatlarda fəaliyyəti ilə tanınıb.

Vladimir Kara-Murza 2022-ci il aprelin 11-dən həbsdədir. Həmin gün Moskva polisi onu hüquq mühafizə orqanlarının qanuni tələblərinə qəsdən tabe olmamaq ittihamı ilə tutub, sonra ittihamlar ağırlaşıb.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada total müharibəyə başlayıb. Az sonra ölkədə yeni qanun qəbul edilib. Qanun Ukraynaya hücumu müharibə adlandıran insanların cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını nəzərdə tutur. Rusiya hakimiyyətinin qanuna saldığı tələbə görə, Ukraynada baş verənlər müharibə yox, hərbi əməliyyatdır; təcavüz yox, müdafiədir, xilaskarlıqdır; faşizm deyil, çağdaş nasizmlə mübarizədir. Əksini iddia edənlər üçün sərt cəzalar müəyyənləşdirilib.

Vladimir Kara-Murza rejimin sərt tənqidçilərindən biridir. O, iki dəfə – 2015 və 2017-ci illərdə şübhəli şəkildə Moskvada zəhərlənib. Həkimlər zəhərlənmənin mənbəyini dəqiq müəyyənləşdirməyiblər. Hər iki zəhərlənmə zamanı Vladimir Kara-Murza xaricdə müalicə olunub və hər dəfə sağalandan sonra Rusiyaya qayıdıb. 2022-ci ilin fevral ayında Ukrayna ilə müharibə başlananda o, yenə xaricdən vətəninə dönüb.

Vladimir Kara-Murza həm Rusiya, həm də Böyük Britaniya vətəndaşıdır.

Mənbə: Reuters.com

Yeni Laçın

  • 17 Aprel 2023
  • comments

İki fərman, iki qayda

  • 17 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda