• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident seçkisinin bülleteni

  • 13 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyənin Ali Seçki Qurumu prezident seçkisi bülleteninin formasını təsdiqləyib. Qərar aprelin 13-də verilib.

Novator.az bildirir ki, mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək yarışda dörd namizəd yer alır: Rəcəb Teyyub Ərdoğan, Məhərrəm İncə, Kamal Kılıçdaroğlu, Sinan Oğan.

Prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxacaq.

Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Böyük Birlik; Yenidən Rifah partiyalarının namizədidir.

1954-cü ildə doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.

1994-1998-ci illərdə İstanbul bələdiyyəsinə başçılıq edib.

1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideridir.

2003-cü ildən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.

1964-cü ildə doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb.

1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlament üzvü seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub.

Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.

Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq; Demokrat; Demokratiya və Sıçrayış; Gələcək; Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.

1948-ci ildə doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin üzvüdür.

2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına sədrlik edir.

Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət; Ölkəm; Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.

1967-ci ildə doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, parlamentin deputatı (2011-2015-ci illər) olub.

Qoşa seçki təyin olundu

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

Namizədlik təqvimi

Türkiyə seçki marafonunda

Türkiyə prezidentliyinə namizədlər

31 mart və 19 aprel hədləri

Türkiyə: dördlüyün yolu açıldı

Qoşa seçkinin ittifaqları

Seçki yarışında hansı qurumlar var?

Qoşa seçkinin iştirakçıları

Seçki yarışında yeni ələnmə

Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)

Türkiyə: bir partiya seçkidən çəkildi

Namizədlik: 24 partiya qalır

“Qarabağ”dan finala

  • 13 Aprel 2023
  • comments

Dünya mediasından

  • 13 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda