• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyə: bir partiya seçkidən çəkildi

  • 12 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Böyük Türkiyə Partiyası mayın 14-də, prezident seçkisi ilə eyni gündə keçiriləcək parlament seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, aprelin 12-də namizədlərinin siyahısını Ali Seçki Qurumundan geri götürən partiya qoşa seçkidə Xalq ittifaqına dəstək verəcəyini bəyan edib.

Namizədlərin siyahısının Ali Seçki Qurumuna təqdimatı aprelin 9-da başa çatıb. Böyük Türkiyə Partiyası çıxandan sonra parlament seçkisində 25 partiyadan namizədlər qalır. Onların 12-si seçkiyə ayrılıqda gedir: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası, Müstəqil Türkiyə Partiyası.

13 partiya ittifaqlarda bir araya gəlib.

Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası, Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası namizədlər verib.

Ali Seçki Qurumunun parlament seçkisinə buraxdığı bəzi partiyaların namizədləri başqa qurumların siyahısında yer alır.

600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.

Prezidentliyə iddiaçılar bunlardır: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Qoşa seçki təyin olundu

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

Namizədlik təqvimi

Türkiyə seçki marafonunda

Türkiyə prezidentliyinə namizədlər

31 mart və 19 aprel hədləri

Türkiyə: dördlüyün yolu açıldı

Qoşa seçkinin ittifaqları

Seçki yarışında hansı qurumlar var?

Qoşa seçkinin iştirakçıları

Seçki yarışında yeni ələnmə

Türkiyədə yolayrıcı (Azərbaycandan baxış)

Sərhəd komissiyasına katib təyin edilib

  • 12 Aprel 2023
  • comments

Su sərəncamları

  • 12 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda