• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın növbəti seçkiləri

  • 12 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

2024-cü ildə Azərbaycanda iki seçki keçirilməlidir. Novator.az bildirir ki, parlament seçkisi noyabr, bələdiyyə seçkiləri dekabr ayına düşür.

Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin səlahiyyət müddəti 5 ildir. 1995-ci ilin ilk parlament seçkisindən (12 noyabr) sonra qüvvəyə minən konstitusiya parlament seçkisinin hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilməsini müəyyən edib. 2000, 2005, 2010 və 2015-ci illərin parlament seçkiləri həmin hökmə uyğun təşkil olunub.

2020-ci ilin parlamenti noyabrın 1-də seçilməli idi. Amma 2019-cu il dekabrın 5-də parlament buraxılıb, 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edilib.

Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və həmin il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçkisi olmalıdır.

Azərbaycanda bələdiyyələr 5 il müddətinə seçilir. 1999, 2004, 2009, 2014 və 2019-cu illərin seçkiləri dekabr ayında baş tutub.

2024-cü ilin bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir.

Müstəqillik illərində Azərbaycanda 8 prezident seçkisi keçirilib. 1991, 1992, 1993, 1998, 2003, 2008 və 2013-cü illərin seçkilərində prezident 5 il müddətinə mandat alıb (ilk iki seçkidə seçilənlər müddəti tamamlaya bilməyib).

2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb. 2018-ci il aprelin 11-də prezident 7 il müddətinə seçilib və növbəti seçki 2025-ci ilin aprel ayında olmalıdır.

Ermənistanda yeni ombudsman

  • 12 Aprel 2023
  • comments

Saakaşvili Avropa Məhkəməsinə üz tutub

  • 12 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
comments
Xəbər

Büdcənin aylar üzrə xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda