• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərhəddə gərginlik, itkilər

  • 11 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də Gorusun Dığ kəndi istiqamətindən Azərbaycan Ordusunun Laçın rayonundakı üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub, hərbi qulluqçular şəhid olub və yaralanıb.

Cavab tədbirləri nəticəsində qarşı tərəfin xeyli itki verdiyi, ardınca Azərbaycan mövqelərinin minaatanlar və iriçaplı silahlardan atəşə tutulduğu bildirilir.

Saat 16:20 radələrində başlayan atışmada şəhid olan hərbi qulluqçular bunlardır: Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu, Tağıyev Səbuhi Gündüz oğlu.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır, Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.

30 mart 2023-cü ildə yayılan rəsmi məlumatda Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyi bəyan olunub.

Naxçıvan: prezident nümayəndəsinə müavin təyin olu...

  • 11 Aprel 2023
  • comments

Gürcüstanın orta maaş statistikası

  • 12 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Bölgə
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda