• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi nekroloq

  • 10 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Aprelin 9-da vəfat edən rejissor Azər Paşa Nemətov bu gün Bakıda, İkinci Fəxri xiyabanda dəfn olunub.

Rəsmi nekroloqda xalq artisti, professor Azər Paşa Nemətovun ölümünün Azərbaycan mədəniyyəti üçün ağır itki olduğu vurğulanır: “Azər Paşa Nemətov 1947-ci il avqustun 13-ü Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1967-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olub, 1973-1974-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləyib.

1974-1976-cı illərdə Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirib, 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb, 1990-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olub, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutub.

Azər Paşa Nemətov 1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinə sədrlik edib, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

Azər Paşa Nemətov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2002-ci ildə xalq artisti fəxri adlarını alıb, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib”.

Nekroloq prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, parlament sədri Sahibə Qafarova və başqa rəsmilərin adından yayılıb.

Fazil Mustafa açıqlama yayıb

  • 10 Aprel 2023
  • comments

Diqqət mərkəzə!

  • 10 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Anım
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda