• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan Dünya Bankının yoxsulluq güzgüsündə

  • 07 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni iqtisadi hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, hesabat zəif iqtisadi artım şəraitində yüksək inflyasiyanın səbəb olduğu yaşayış xərclərinin artımına həsr edilib: “Hesabat müəllifləri yaşayış xərcləri indeksi əsasında region ölkələrinin müqayisəsini aparıb – yəni hansı ölkədə yaşayış xərcləri daha çox artıb. Yaşayış xərcləri indeksi fərqli gəlir qrupundan olan ev təsərrüfatlarının yaşayışının dəyərində baş verən dəyişiklikləri daha dəqiq ölçür. İnflyasiya fərqli əhali qruplarının istehlakında fərqli mal (xidmət) qruplarının xüsusi çəkisini nəzərə almadan orta statistik istehlakçı üçün qiymətlərin necə dəyişdiyini əks etdirir. Yaşayış xərcləri indeksi qiymətlərin dəyişməsi ilə paralel istehlakda mal və xidmətlərin xüsusi çəkisini də nəzərə alır. Məsələn, sürətli bahalanma üzündən kasıb əhali daha ucuz və az keyfiyyətli məhsullar almağa keçirsə, yaşayış xərcləri indeksi buna diqqət yönəldir.

Hesabata görə, 2022-ci ilin dekabrında Azərbaycanda illik inflyasiya 14,4 faiz təşkil etdiyi halda yaşayış xərclərinin orta artımı 15,4 faiz olub, ən yoxsul əhali qrupları üzrə yaşayış 15,9 faiz, ən zəngin qruplar üzrə 14,1 faiz bahalanıb.

Gürcüstan və Ermənistan üzrə orta göstərici 11,1 və 8,8 faizdir.

Hesabat müəlliflərinə görə, inflyasiya əsasında hesablanan yoxsulluq göstəricisi ilə müqayisədə yaşayış xərcləri indeksi əsasında hesablanan göstərici arasında fərq olur. Azərbaycan 1,7 faiz fərqlə Avropa və Mərkəzi Asiyada ilk yerdə gəlir. Yəni yaşayış xərcləri indeksi nəzərə alınsa, yoxsulluq göstəricisi daha yüksək alınır”.

Komando Dağ Təlim Mərkəzində

  • 07 Aprel 2023
  • comments

Britaniya müxalifəti uyğurlara vəd verir –  “Polit...

  • 08 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda