Mərkəzi Bank aprelin 7-də ABŞ dollarının kursunu 1,7 manat saxlayıb, qiymət sabitliyinin 5 il 1 ayı tamamlanıb.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 929 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar alınıb.
Analoji həcm 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.