• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya 2023”ü “bakılı qız” uda bilər

  • 06 Aprel 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Novator.az “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının qələbə imkanlarına nəzər salıb.

Böyük Britaniyanın Liverpul şəhərində 37 ölkənin iştirakı ilə keçiriləcək yarışın birinci yarımfinalı mayın 9-na, ikinci yarımfinalı mayın 11-nə, finalı mayın 13-nə təyin olunub.

Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı İsveç təmsilçisi Lorini (Zeynəb Nora Təlhavi) 39 faizlə qələbəyə ən şanslı namizəd kimi göstərir.

1983-cü il təvəllüdlü, Mərakeş əsilli Lorin Bakıda keçirilmiş “Avroviziya 2012”nin qalibidir.

Reytinqdə Finlandiyadan Yere Pöyhönen 15 faiz, Ukraynadan Andrey Qusulyak və Ceffri Kenni 11 faiz, Norveçdən Alessandra Mele və “Queen of Kings” qrupu 6 faiz, İspaniyadan Blanka Paloma 5 faiz, İsraildən Noa Kirel 3 faiz şansla yer alır.

Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanovların qələbə şansı 1 faizdən az sayılır.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq və Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Almaniya, Avstriya, İspaniya və İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya və Yunanıstan 1 dəfə qalib olub.

Türkiyə müxalifətinin seçki taktikası

  • 06 Aprel 2023
  • comments

Avropa Şurası: Azərbaycan ən intizamsız ölkə sayıl...

  • 06 Aprel 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda