• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qoşa seçkinin ittifaqları

  • 31 Mart 2023
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Mayın 14-ü Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Novator.az bildirir ki, bir çox siyasi qurum qoşa seçkiyə ittifaq yaradaraq qoşulub:

Xalq ittifaqı

Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyasını birləşdirir.

Hür Dava Partiyası ittifaqa dəstək verir.

Qurum prezidentliyə dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğanı namizəd göstərib.

Millət ittifaqı

Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokrat Partiyasını birləşdirir.

Türkiyə İslahat Partiyası, Liberal Demokrat Partiyası, Doğru Partiya ittifaqa dəstək verir.

Qurum prezidentliyə millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu namizəd göstərib.

Ata ittifaqı

Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyasını birləşdirir.

Vətən və Hürriyyət Partiyası, Güvən, Ədalət və Aydınlıq Partiyası ittifaqa dəstək verir.

Qurum prezidentliyə müstəqil siyasətçi Sinan Oğanı namizəd göstərib.

Əmək və Azadlıq ittifaqı

Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkat Partiyası, Əmək Partiyası, Türkiyə Fəhlə Partiyası, Ümummilli Azadlıq Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Sosialist Məclislər Federasiyasını birləşdirir.

Qurum prezidentliyə namizəd verməyib.

Sosialist Güc Birliyi

Sol Partiya, Türkiyə Kommunist Partiyası, Türkiyə Sosialist Fəhlə Partiyası, Türkiyə Kommunist Hərəkatı, İnqilab Hərəkatını birləşdirir.

Qurum prezidentliyə namizəd verməyib.

Seçki marafonuna 36 partiya buraxılıb. Heç bir ittifaqa qoşulmayan Məmləkət Partiyası prezidentliyə lideri Məhərrəm İncəni namizəd göstərib.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin yarısından çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Partiyalar 600 nəfərlik parlamentə – Türkiyə Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.

Gürcüstan: ölüm doğumu üstələyir

  • 31 Mart 2023
  • comments

Apreldə hava

  • 31 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda