İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 651,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, 2022-ci ilin ilk iki ayı ilə müqayisədə 36,6 faiz artım qeydə alınıb.
Qeyri-neft ixracının ilk üçlüyündə elektrik enerjisi (227,2 milyon dollar), ilkin formalı polipropilen (23,6 milyon dollar), meşə fındığı (23,3 milyon dollar) göstərilir.
Əsas ünvanlar siyahısında beş ölkə yer alır: Türkiyə (273,9 milyon dollar), Rusiya (137,7 milyon dollar), Gürcüstan (64,7 milyon dollar), Qazaxıstan (19,4 milyon dollar), İsveçrə (19 milyon dollar).