Məhbus cəbhəçi Zamin Salayevə dəstək aksiyasında tutulan üç nəfərə inzibati həbs cəzası verilib.
Bir qrup AXCP fəalı martın 30-u paytaxtın Yasamal rayonunda, Ədliyyə Nazirliyinin binası qarşısında toplaşaraq Zamin Salayevə azadlıq tələb edib. Polis əməkdaşları aksiyanı dağıdıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, 30 mart aksiyasında 50 nəfərdən artıq partiya fəalı zorakılıqla tutulub: “Zor tətbiqi nəticəsində xəsarət alanlar var. İki cəbhəçi həbs edilib – Ceyhun Novruzova 30 sutka, Səhlədar İsgəndərliyə 25 sutka inzibati həbs kəsilib. Aksiyanı işıqlandıran bloqçu Nurlan Cəfərli 15 sutka həbs cəzası alıb.
Zamin Salayev şərlənib həbs olunmasına 53 gündür aclıqla etiraz edir. Dəfələrlə özündən gedib, yıxılıb, ölümün bir addımlığındadır. Qəddar, antiinsani rejim isə Zamin bəyə azadlıq tələb etməyi də az qala cinayət sayır. Təqsirsiz adamı öldürürlər, buna etiraz edənləri həbs edirlər, sonra da beynəlxalq insan hüquqları təşkilatlarını qərəzdə ittiham edirlər. Yer üzü belə riyakarlıqla çox nadir hallarda rastlaşır. Bu zorakılıq, bu saxtakarlıq və riyakarlıq təkcə vətəndaşların həyatını məhv etmir, həm də bütövlükdə dövlətimizi bütün dünyada nüfuzdan, hörmətdən salır”.
Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir, buna görə səhhəti kəskin pisləşib.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib