Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bildirir ki, aprel ayında havanın orta temperaturunun iqlim normasına yaxın olması gözlənir.
Bölgələr üzrə proqnoz belədir:
Bakı və Abşeron yarımadası – 11-13 dərəcə isti, bəzi gündüzlər 21-26 dərəcə isti;
Naxçıvan Muxtar Respublikası – 10-14 dərəcə isti, bəzi gündüzlər 23-28 dərəcə isti;
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy – 6-10 dərəcə isti, bəzi gündüzlər 10-15 dərəcə isti;
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli – 11-13 dərəcə isti, bəzi gündüzlər 14-19 dərəcə isti;
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 9-12 dərəcə isti, bəzi gündüzlər 22-27 dərəcə isti;
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 12-15 dərəcə isti, bəzi gündüzlər 25-30 dərəcə isti;
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 8-12 dərəcə isti, bəzi gündüzlər 13-18 dərəcə isti.