• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəsatət yolda qalıbmış…

  • 30 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı İstintaq Təcridxanasında saxlanan AXCP Salyan şöbəsinin sədri Zamin Salayevin ev dustaqlığına buraxılması üçün yeni vəsatət verilib. Vəkil Nemət Kərimli “Turan”a deyib ki, martın 13-də poçtla göndərdiyi vəsatətin Qaradağ Rayon Məhkəməsinə çatmadığı məlum olub, martın 29-da vəsatəti şəxsən təqdim etmək lazım gəlib.

Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.

Novator.az bildirir ki, Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Aksiya müddətində cəbhəçinin durumu kəskin pisləşib.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilən vəsatətin təmin edilməsi ehtimalı azdır: “Azərbaycanda məhkəmələr ədalət simvolu olmaqdan daha çox rejimin əlində cəza vasitəsinə çevrilib. Məhkəmələrimizdə ədalətin zərrəsi olsaydı, Zamin bəy tutulmazdı.

Zamin bəy 52 gündür aclıq edir. Heç bir günahı olmayan adamı diri-diri öldürürlər. O, düçar olduğu haqsızlığa artıq qorxulu həddə çatmış aclıqla etiraz edir”.

AXCP sədri Əli Kərimli qeyd edir ki, ev dustaqlığı vəsatəti Zamin Salayevi həbsdən buraxmaq imkanıdır: “Rejimin qatil olmamaq, ölkəmiz adına daha bir rüsvayçılığa imza atmaqdan imtina şansı var. Zamin bəyi azad edin. Bu, xalqın əksəriyyətinin tələbidir və özünüzə də, ölkəyə xeyirli olar”.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Zamin Salayevin davası

Zamin Salayev yeriyə bilmir

Laçında yeni ərazilər nəzarətə götürülüb

  • 30 Mart 2023
  • comments

81 dollara doğru

  • 30 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda