Nazirlər Kabinetinin 29 mart 2023-cü il qərarı zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (nadir) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycana gətirilməsini məhdudlaşdırır. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Dövlət Gömrük Komitəsi martın 30-da məlumat yayaraq bildirib ki, müvafiq ödəniş sənədləri təqdim olunduqda 29 martadək (29 mart da daxil olmaqla) xarici ölkələrdən alınmış nəqliyyat vasitələri gömrükdə rəsmiləşdiriləcək.