Rəsmi hesabata görə, 2023-cü il martın 1-nə Bakıda 15 milyard 104 milyon manat kredit qeydə alınıb. Novator.az bildirir ki, Mərkəzi Bank başqa bölgələri belə sıralayır:
Abşeron-Xızı – 775,3 milyon manat
Gəncə-Daşkəsən – 604,5 milyon manat
Lənkəran-Astara – 473 milyon manat
Mərkəzi Aran – 397,6 milyon manat
Qazax-Tovuz – 367,5 milyon manat
Şəki-Zaqatala – 358,3 milyon manat
Quba-Xaçmaz – 350,7 milyon manat
Qarabağ – 341 milyon manat
Şirvan-Salyan – 323,5 milyon manat
Naxçıvan – 312 milyon manat
Mil-Muğan – 214,1 milyon manat
Dağlıq Şirvan – 135,2 milyon manat.
Martın 1-nə Bakıda 10 milyard 574,9 milyon manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belə rəsmiləşib:
Abşeron-Xızı – 370,2 milyon manat
Gəncə-Daşkəsən – 184,1 milyon manat
Quba-Xaçmaz – 109,4 milyon manat
Lənkəran-Astara – 105,2 milyon manat
Mərkəzi Aran – 98,2 milyon manat
Şəki-Zaqatala – 96,2 milyon manat
Qazax-Tovuz – 90,7 milyon manat
Qarabağ – 83,7 milyon manat
Şirvan-Salyan – 57,5 milyon manat
Naxçıvan – 56,8 milyon manat
Mil-Muğan – 40 milyon manat
Dağlıq Şirvan – 34,1 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə göstəricilər hesabatlarda yer almır.