2024-cü ilin Avropa futbol çempionatının seçmə mərhələsi 10 qrupda aparılır. Final raunduna ilk iki yeri tutan milli komandalar çıxacaq. Novator.az bildirir ki, iki turdan sonra A qrupunda Şotlandiya və İspaniya, B qrupunda Fransa və Yunanıstan, C qrupunda İngiltərə və İtaliya, D qrupunda Xorvatiya və Uels, E qrupunda Çexiya və Polşa, F qrupunda Avstriya və Belçika, G qrupunda Serbiya və Macarıstan, H qrupunda Sloveniya və Danimarka, İ qrupunda İsveçrə və Rumıniya, J qrupunda Portuqaliya və Slovakiya öndədir.
Ev sahibi Almaniya final raunduna birbaşa vəsiqə alıb, daha 3 vəsiqə UEFA Millətlər Liqasının ən güclü komandalarına ayrılıb.