Sputnik.by saytı keçmiş SSRİ məkanının baş şəhərlərində mənzil bazarlarına nəzər salıb.
Araşdırmaya görə, Bakının ilkin mənzil bazarında bir kvadratmetrin orta qiyməti 1500 dollar, təkrar mənzil bazarında 1100 dollardır.
Novator.az bildirir ki, Yerevanın həm ilkin, həm təkrar mənzil bazarında bir kvadratmetrin orta qiyməti 1010 dollar göstərilir.
Tbilisinin ilkin mənzil bazarında bir kvadratmetrə 1050 dollar, təkrar mənzil bazarında 800 dollar qiymət qoyulub.
Moskvanın ilkin mənzil bazarında bir kvadratmetr 3500 dollara, təkrar mənzil bazarında 3220 dollara satılır.
Vilnüsün ilkin mənzil bazarında bir kvadratmetr 2420 dollaradır, təkrar mənzil bazarında orta qiymət 1670-2210 dollar arasında oynayır.
Riqanın ilkin mənzil bazarında bir kvadratmetr yaşayış sahəsini 2700 dollara, təkrar mənzil bazarında 1200 dollara almaq mümkündür.
Kişinyovun ilkin mənzil bazarında bir kvadratmetr yaşayış sahəsi 1500 dollara, təkrar mənzil bazarında 1100 dollaradır.
Minskin ilkin mənzil bazarında bir kvadratmetrin orta qiyməti 1265 dollar, təkrar mənzil bazarında 1303 dollardır.
Astanada bir kvadratmetr yeni yaşayış sahəsinin orta qiyməti 1250 dollar göstərilir, təkrar mənzil bazarında orta qiymət 1350 dolları ötmür.
Daşkəndin ilkin mənzil bazarında bir kvadratmetrin dəyəri 700-1200 dollar arası dəyişir, təkrar mənzil bazarında orta qiymət 1000 dollardır.
Bişkekin ilkin mənzil bazarında orta qiymət 1170 dollar, təkrar mənzil bazarında 1030 dollardır.
Düşənbənin ilkin mənzil bazarında bir kvadratmetrin qiyməti 590 dollar, təkrar mənzil bazarında 820 dollardır.