Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2023-cü ilin fevralında qanunvericiliyin tələblərinin pozulması 1543 qərarın qəbuluna gətirib: “403 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 426 qərar ölkədə yaşamanı qanuniləşdirib. 255 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqini, 402 ölkəyə girişə məhdudiyyəti nəzərdə tutub.
Azərbaycanda yaşamaq üçün icazə sənədinin itirilməsi üzrə 25, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması üzrə 20, qeydiyyat tələblərinin pozulması üzrə 12 qərar rəsmiləşib”.