• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zamin Salayevin davası

  • 27 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli həbsdə aclıq edən partiyadaşı Zamin Salayevdən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, Zamin Salayev hakimiyyətlə şəxsi dava aparmır: “Hökumətdən vəzifə istəmir, pul tələb etmir, “oğurladıqlarınızı mənimlə də bölün” demir. Zamin Salayev hakimiyyətdən xalqın haqqını tələb edir. Rejimin ona qarşı düşmənçiliyi də o, bir qadının təəssübünü çəkdiyi üçün başlayıb. Məhz həmin hadisədən sonra polis rejimi Zamin bəyi şərləyib həbs etdi. Onu 2 ilə yaxın məhbəsdə saxladılar. Ancaq ürəkləri soyumadı. Belə bir mübariz və cəsur insanın azadlıqda qalması ilə barışmadılar. Zamin bəy xalqımızın daha kütləvi və israrlı dəstəyini haqq edir”.

Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.

Onun ev dustaqlığına buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə vəsatət verilib.

Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.

Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Qarabağ ermənilərinə daha bir görüş təklifi

  • 27 Mart 2023
  • comments

Ümumi təhsil müəssisələri müstəqillik güzgüsündə

  • 27 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda