• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qazaxıstan Məclisinə 6 partiya düşür

  • 20 Mart 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə martın 19-da keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, proporsional sistemlə yarışan 7 partiyanın 6-sı 5 faiz səs həddini keçərək mandat alır: hakim Amanat Partiyası (53,9 faiz), Xalq Demokrat Partiyası (10,9 faiz), Respublika Partiyası (8,6 faiz), Demokrat Partiyası (8,4 faiz), Xalq Partiyası (6,8 faiz), Sosial Demokrat Partiyası (5,2 faiz).

98 nəfərlik Məclisin 69 deputatı proporsional üsulla (partiya siyahıları üzrə), 29 deputatı majoritar üsulla (dairələrdən) formalaşır.

Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir. Prezident baş naziri Məclisin razılığı ilə təyin edir.

Martın 19-da 223 yerli məclisə də seçkilər keçirilib.

2019-cu il martın 20-də prezident Nursultan Nazarbayev istefa verib, parlamentin yuxarı palatası olan Senatın sədri Qasım-Comərd Tokayev dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.

2022-ci ildə konstitusiya yenilənib, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub, sentyabrın 21-də növbədənkənar seçki qərarı verilib. Noyabrın 20-də keçirilmiş seçkini Qasım-Comərd Tokayev udub.

Prezident 2023-cü il yanvarın 19-da parlamentin aşağı palatasının və bütün yerli məclislərin buraxılması ilə bağlı fərmanlar imzalayıb, martın 19-na növbədənkənar seçkilər təyin olunub.

Prezident seçkisi ikinci tura qaldı

  • 20 Mart 2023
  • comments

Zəlzələ itkiləri

  • 20 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda